Qətər Hörmüz boğazı böhranına qarşı beynəlxalq birgə fəaliyyətə çağırıb
jpg_1795176307.jpg)
jpg_1795176307.jpg)
20 Noyabr 2026 16:13
67
DÜNYA
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib ki, Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatına və enerji təchizatına zərər vurur. O, bu problemin həlli üçün bütün ölkələri birlikdə hərəkət etməyə çağırıb.
Anadolu Agentliyinin məlumatına görə, İtaliyanın Neapol şəhərində keçirilən 2026-cı il Aralıq Dənizi Dialoqları Forumunda çıxış edən M.Ənsari qeyd edib ki, bölgədəki müharibə və boğazın bağlanması bütün ölkələrə ciddi zərər vurur.
Sözçü beynəlxalq hüquq pozuntularına və dövlətlərin suverenliyinin zəifləməsinə diqqət çəkib. O, qaydalara əsaslanan nizamın qorunmasının və dialoq kanallarının açıq saxlanılmasının vacibliyini vurğulayıb. M.Ənsari, həmçinin bildirib ki, hərbi yollar böhranı həll etməyəcək. Onun sözlərinə görə, güc tətbiqi vəziyyəti daha da dərinləşdirəcək.
Qətərin ABŞ və İran arasındakı vasitəçilik səylərinə də toxunan M.Ənsari ən doğru həll yolunun diplomatiya olduğunu deyib. O, region ölkələrinin gərginliyi azaltmaq üçün birlikdə çalışdığını və dövlətlərin sülh təşəbbüslərinə daha çox resurs ayırmasının önəmini qeyd edib.
Təhminə VERDİYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
1 mənbə
