Zay məhsula görə kredit ödəyir...

Zay məhsula görə kredit ödəyir... - AXI NİYƏ?..
"Soliton mağazalar şəbəkəsinin Göyçay filialı 9 aydır ahıl əlil qadını sözün həqiqi mənasında ələ salır..." "DİA-AZ" xəbər verir ki, bu iddia ilə jurnalist Xəyyam Salmanzadə özünün sosial şəbəkə hesabındakı paylaşımında çıxış edib.
O daha sonra bildirir: "Soliton mağazalar şəbəkəsinin Göyçay filialı rayonun Bığır kəndində yaşayan, ahıl və tənha əlil qadını 9 aydır ki, sözün həqiqi mənasında ələ salır.
Belə ki, müştəri Fərzəliyeva Mahizər Xanlar qızı 10 yanvar 2026-cı il tarixində Soliton mağazalar şəbəkəsinin Göyçay filialından dəyəri 350 manat olan televizoru 6 aylıq kreditlə, 597 manata alıb.
Lakin televizor aldığı gündən nasaz olduğundan Mahizər xanım dərhal taksi tutaraq televizoru mağazaya geri qaytarıb. Buna baxmayaraq, o, aylıq kredit ödənişlərini davam etdirib. Çünki mağaza əməkdaşları ona söz veriblər ki, baş ofislə danışılacaq və nasaz televizor yenisi ilə əvəz olunacaq.
Ancaq müştəriyə hər dəfə bu ay, gələn ay deyərək vaxt uzadılıb, kredit ödənişləri davam etdirilsə də, vəd edilən yeni televizor verilməyib..."
1 mənbə
Report+5 mənbə