Avtomobil şirniyyat mağazasına girdi - Video
News24.azNews24.az

Hadisə
21 Noyabr 2026, 09:23
Hövsanda minik avtomobili qəzaya uğrayıb.
News24.az xəbər verir ki, hadisə qəsəbənin Elçin Məmmədov küçəsində baş verib.
“Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq səkiyə, daha sonra isə yolun kənarındakı “Tatlı” şirniyyat mağazasına çırpılıb.
Hadisə nəticəsində avtomobildəki şəxslər xəsarət alıb. Həmçinin həmin vaxt mağazada olanlar da həyəcan yaşayıblar.
Qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir. /Qafqazinfo
Dərc vaxtına görə
