“Yuventus” Makkenninin transferinə icazə vermədi


BAKI, 20 noyabr. TELEQRAF
İtaliyanın “Yuventus” klubu amerikalı futbolçusu Ueston Makkenninin qış transfer pəncərəsində İngiltərənin “Mançester Yunayted” klubuna keçidinə razılıq verməyib.
Teleqraf xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Məlumata görə, İngiltərə təmsilçisinin baş məşqçisi Maurisio Poçettino 28 yaşlı futbolçunu komandasında görmək istəyib. O, Makkenni ilə ABŞ millisində çalışdığı dövrdə də əməkdaşlıq edib.
Lakin Turin klubu mövsümün ortasında əsas oyunçularından birini itirmək niyyətində deyil. “Yuventus”un baş məşqçisi Luçano Spaletti də yarımmüdafiəçinin komandada qalmasını istəyir.
Qeyd edək ki, Makkenni 2020-ci ildən “Yuventus”da çıxış edir. Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədərdir. Futbolçu cari mövsüm 11 oyunda 1 qol vurub.
Dərc vaxtına görə
Teleqraf.azoxuduğunuz
“Yuventus” Makkenninin transferinə icazə vermədi
