DÇ: Azərbaycan cüdoçusu 1/8 finalda dayandı
Futbolpress.azŞahin Cəfərov


Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.
Futbolpress.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan Hanna Zaytseva mübarizəni dayandırıb. O, 1/8 finalda fransalı Manon Aqati-Aluaşa uduzub.
Kişilərin yarışında Mehdi Abbasov özbəkistanlı Kamronbek Kodirova qalib gələrək 1/8 finala yüksəlib.
Cəsur İbadlı (-81 kq) isə 1/16 finalda Tacikistan cüdoçusu Amincon Abducalilzodaya məğlub olub.
