20 noyabr 2026 09:06 (UTC +04:00)
Yevlaxda maşın velosipedçini vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə rayonun Qoyunbinəsi kəndində baş verib.
Belə ki, Semur Quliyev idarə etdiyi “Renault Master” markalı yük avtomobili hərəkətdə olarkən velosipedlə hərəkətdə olan 2014-cü il təvəllüdlü M.E-ni vurub.
Velosipedçi hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
İDMAN XƏBƏR
Dərc vaxtına görə