Yevlaxda yol-nəqliyyat hadisəsi azyaşlının ölümü ilə nəticələnib


BAKI, 20 noyabr. TELEQRAF
Yevlaxda yol-nəqliyyat hadisəsi azyaşlının ölümü ilə nəticələnib.
Teleqraf xəbər verir ki, hadisə noyabrın 19-da rayonun Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb.
Semur Quliyevin idarə etdiyi “Renault Master” markalı yük avtomobili velosipedlə hərəkətdə olan 2014-cü il təvəllüdlü Eltac Məmmədlini vurub.
Azyaşlı aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.