Ələt Azad İqtisadi Zonasında yeni hava limanının tikinti müddəti bəlli olub


25 mənbə əsasında
Azərbaycan-İtaliya biznes forumunda çıxış edən Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov yeni hava limanı layihəsi barədə məlumat verib. Onun sözlərinə görə, zonada hava limanı və logistika infrastrukturunun yaradılması məqsədilə yerli yükdaşıma şirkəti ilə razılıq əldə olunub və 750 hektar ərazi ayrılıb. O bildirib ki, tikinti işləri 2027-ci ilin ortasınadək tam başa çatdırılacaq. İlkin mərhələdə illik 500 min ton yükdaşıma qabiliyyətinə malik olacaq obyektin gələn il beynəlxalq daşımalar üçün açılması planlaşdırılır.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Yeni hava limanının açılacağı tarix bilindi
Ajans.az Report-a istinadla xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Azərbaycan-İtaliya biznes forumunda deyib.Onun sözlərinə görə, yerli yükdaşıma şirkəti olan "Silk Way Airlines" ilə Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının və onun ətrafında müvafiq logistika infrastrukturunun yaradılması barədə razılıq əldə olunub: "Bu layihə üçün iqtisadi zonanın səlahiyyətli qurumu 750 hektar ərazi ayırıb. Hava limanının tikintisi 2027-ci ilin ortasından gec olmayaraq bitəcək və hava limanı gələn il artıq beynəlxalq daşımalar üçün açıq olacaq. İlkin mərhələdə bu hava limanının yükdaşıma qabiliyyəti illik 500 min ton olacaq. Bu göstəricinin 2 milyon tona çatdırılması planlaşdırılır".V.Ələsgərov qeyd edib ki, infrastrukturun inkişafının birinci mərhələsi çərçivəsində Ələt Azad İqtisadi Zonasında 60 hektar ərazidə işlər 2023-cü ilin iyununda bitib: "Bu tarixdən başlayaraq biz Ələt Azad İqtisadi Zonasına investorların cəlb edilməsinin üzərində çalışırıq".O həmçinin bildirib ki, Ələt Azad İqtisadi Zonasında yeni data mərkəzləri yaradılaca: "Bu ərazidə 11,5 hektar ərazi xarici investorlarla bərabər çalışacaq. Data mərkəzinin yaradılması üçün ayrılıb və əminəm ki, bir-iki aydan sonra bu data mərkəzinin layihələndirməsi və inşaatı başlanılacaq. Paralel olaraq daha iki data mərkəzinin yerləşdirilməsi üzərində işlər aparılır. Eyni səbəbdən də tələbat olduğuna görə ağır sənaye üçün ayrılmış 366 hektarlıq ərazinin baş planı hazırlanmış və bu ərazidə infrastrukturun yaradılması üçün işlərə başlanılıb".V.Ələsgərov əlavə edib ki, bu ərazidə artıq Çin şirkəti tərəfindən neft koksunun emalı üzrə müəssisənin yaradılması və gələcəkdə alüminium sənayesində istifadə edilən koks anodlarının istehsalı da təmin olunacaq: "Beləliklə, Azərbaycanda alüminium sənayesinin genişlənməsi üçün təminat yaradılacaq".
Tam oxu Ajans.az saytındaDərc vaxtına görə