Ələt Azad İqtisadi Zonasında yeni hava limanının tikinti müddəti bəlli olub


25 mənbə əsasında
Azərbaycan-İtaliya biznes forumunda çıxış edən Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov yeni hava limanı layihəsi barədə məlumat verib. Onun sözlərinə görə, zonada hava limanı və logistika infrastrukturunun yaradılması məqsədilə yerli yükdaşıma şirkəti ilə razılıq əldə olunub və 750 hektar ərazi ayrılıb. O bildirib ki, tikinti işləri 2027-ci ilin ortasınadək tam başa çatdırılacaq. İlkin mərhələdə illik 500 min ton yükdaşıma qabiliyyətinə malik olacaq obyektin gələn il beynəlxalq daşımalar üçün açılması planlaşdırılır.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Ələtdə yeni hava limanının açılacağı tarix bilindi
Ələt Azad İqtisadi Zonasında inşa edilən hava limanının tikintisinin 2027-ci ilin ortalarınadək yekunlaşdırılması nəzərdə tutulur. Tiraj.az xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Azərbaycan-İtaliya biznes forumunda bildirib. Onun sözlərinə görə, yerli yükdaşıma şirkəti “Silk Way Airlines” ilə iqtisadi zonanın ərazisində hava limanının və ətrafında logistika infrastrukturunun yaradılması barədə razılıq əldə olunub. Layihənin reallaşdırılması üçün 750 hektar torpaq sahəsi ayrılıb. Hava limanının 2027-ci ilin ortalarından gec olmayaraq istifadəyə hazır olması və həmin il beynəlxalq yükdaşımalar üçün fəaliyyətə başlaması planlaşdırılır. Valeh Ələsgərov bildirib ki, ilkin mərhələdə hava limanının illik yükdaşıma gücü 500 min ton təşkil edəcək. Gələcəkdə bu göstəricinin 2 milyon tona çatdırılması nəzərdə tutulur. İdarə Heyətinin sədri Ələt Azad İqtisadi Zonasında digər layihələr barədə də məlumat verib. O qeyd edib ki, 11,5 hektar ərazidə xarici investorlarla birgə data mərkəzinin yaradılması planlaşdırılır. Yaxın bir-iki ay ərzində layihələndirmə və tikinti işlərinə başlanılması gözlənilir. Eyni zamanda, daha iki data mərkəzinin qurulması istiqamətində danışıqlar aparılır. Bundan başqa, ağır sənaye müəssisələrinin yerləşdirilməsi üçün ayrılmış 366 hektar ərazinin baş planı hazırlanıb və burada infrastrukturun qurulmasına başlanılıb. Valeh Ələsgərovun sözlərinə görə, Çin şirkəti tərəfindən həmin ərazidə neft koksunun emalı müəssisəsi yaradılacaq. Gələcəkdə alüminium sənayesində istifadə olunan koks anodlarının istehsalı da təşkil ediləcək. Bu layihələrin Azərbaycanda alüminium sənayesinin genişləndirilməsinə töhfə verməsi gözlənilir.
Tam oxu Tiraj.az saytındaDərc vaxtına görə