Yəmənin paytaxtında neft obyektinə hücum edildi
Yenicag.azAqil Bəkir


Dünya
22 Noyabr 2026, 17:39
0 baxış
Yəmənin paytaxtı Sənada yanacaq obyektinə endirilən hava zərbəsi nəticəsində 6 nəfər yaralanıb.
Yenicag.az “Associated Press“ agentliyinə istinadən xəbər verir ki, hücum dövlət neft şirkətinə məxsus obyektə qarşı həyata keçirilib.
Husilərin nəzarətində olan Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, hava zərbəsi nəticəsində 6 işçi xəsarət alıb, şirkətin binasına ziyan dəyib.
Hücumu hansı tərəfin həyata keçirdiyi hələlik məlum deyil.
