YARIMÇIQ BİNAYA MÜKAFATI ALIRLARSA...

YARIMÇIQ BİNAYA MÜKAFATI ALIRLARSA... - İcazə verin, şübhələnək...
Keçən günlərdə Dövlət Gömrük Komitəsinin yeni binasındakı şəraitsizliklə bağlı məlumat paylaşmışdıq. Hətta xəbərlərin birində sözügedən binada çalışan işçilərin gileylərini də təqdim etmişdik. "DİA-AZ" olaraq yazdığımız bu bilgilərə DGK-nın reaksiyası təbii ki, oldu... həm də özünəməxsus şəkildə.
Biz qeyd etmişdik ki, bina Fövqəladə Hallar nazirliyi tərəfindən uyğun texniki şərtlərə cavab vermədiyindən müvafiq istifadəyə icazə sənədi ilə təmin olunmayıb. Bunun da nəticəsində günü bu gün də binaın yeməkxanası işləmir. Binada işçilər sanki istixana şəraitində işləməyə məcbur edilirlər ki, bu da son nəticədə onların havasızlıqda işləməsinə nədən olur.
İşçilər isə gileylərində belə yazırdılar: "DGK-nin təzə binası əsl cəhənnəmdir. Sanki "Gestapo" rejimindəyik. Əslində özləri özlərini güdürlər. Bir-birilərinə belə etibar etmirlər. Ayaqyolundan çıxırıq... unitazı belə kameraya çəkirlər. Sonra onu kadrlar şöbəsində motivasiya söbəsinin rəisinə göndərirlər. Tək bu deyil. Hətta mətbəxi, əl-üz yuyan yeri belə kameraya çəkirlər..."
İşçilər daha sonra bildirirdilər ki, onların gün ərzində cəmi 20 dəqiqə nəfəsalmaq üçün balkona buraxılış müddətləri var və binaya kənardan qonaq gələndə də bu müddətləri də ləğv olunur: "Balkonda isə dustaqlar kimi dövrə vururuq. Bizi yuxarıdan çəkən olsa, elə bilər hansısa təcridxanadır..."
Hə... indi də gələk DGK-nin reaksiyasına. Bəli, biz yazmışdıq ki, bina uyğun tələblərə cavab vermədəyindən FHN tərəfindən izinli hesab olunmur. Halbuki Şahin bağırov cənabları binaın açılışına Prezidenti də dvət edərək, yalan hesabatları təqdim etmişdi.
Bizim bu iddiaların qarşısında isə DGK maraqlı bir addımı atdı.
Aydın oldu ki, Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsinin yeni inzibati binasına görə beynəlxalq yaşıl bina sertifikatı (YeS-INT) təqdim edilib.
Bəli... FHN tərəfindən izni alınmayan binaya MÜKAFAT aldılar ki, YEYİNTİLƏRİNİ ört-basdır etsinlər. Bunun başqa adı yoxdur.
Əgər bütün bunlar gərəkən şəkildə hüquq-mühafizə orqanları tərəfindən aradşırılsa, aydın olar ki, inşası zamanı MİLYONLARLA BÜDCƏ PULUNU UDAN bu bina əslində Şahin Bağırov və çevrəsinin DOLANIŞIQ YERİ olub.
Nə deyirik... heç nuş olmasın...
.png)
Milli.az+1 mənbə