AzTV açıqlama yaydı: "Yalandır"


Mətn ölçüsü:
100%
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə aid olan televiziyalarda həyata keçirilən dəyişikliklərlə bağlı yayılan dezinformasiyalar, xüsusən də kanalların loqoları həqiqəti əks etdirmir.
Bu barədə ölkə.az-a qurumdan məlumat verilib.
"Bəli, yaxın zamanlarda ciddi format və qrafika, texniki və studiya dəyişiklikləri olacaq, xüsusən də AzTV kanalı yeni formatda yayımlanacaq. Və bu proses baş verəndən sonra ictimaiyyətə daha geniş məlumat veriləcək. Lakin buna qədər həmkarlarımızdan dəqiqləşdirilməyən məlumatlardan, xüsusən də yanlış loqolardan istifadə etməməyi xahiş olunur", - “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən qeyd olunub.
Bütün xəbərlər
1 mənbə