Qısqanclıq hissinin öhdəsindən necə gəlmək olar? - Məsləhətlər


Başqalarının mesajlarını oxumağa çalışmaq problemi həll etmir.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, psixoloq Aleksandra Miller partnyorun sədaqətinə şübhə yarandıqda nə etmək lazım olduğunu izah edib.
Onun sözlərinə görə, qısqanclıq daimi yoxlama üçün səbəb olmamalıdır. Bunu münasibətdə diqqətə ehtiyac olduğunun əlaməti kimi qəbul etmək və baş verənlər barədə partnyorla sakitcə danışmaq daha düzgündür.
Xəyanətin mümkün əlamətlərini sadalayan Miller vurğulayıb ki, bura əsəbilik və ya emosional uzaqlaşma, qəfil həddindən artıq qoruyuculuq, telefon istifadəsində dəyişikliklər - ekranı gizlətmək, yeni parol qoymaq, diqqətin, yaxınlığın və ortaq planların azalması kimi hallar daxildir:
"Bu əlamətlər təkbaşına xəyanətin sübutu deyil, lakin söhbətə başlamaq üçün əsas ola bilər. Əsas məsələ ittiham etmək deyil, hissləri açıq şəkildə ifadə etmək və münasibəti birlikdə qiymətləndirməkdir".
Gülşən Şərif