Yaponiya son dəqiqə qolu ilə Braziliyanı məğlub etdi - VİDEO


Bu gün Yaponiya və Braziliya milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu keçirilib.
Offsideplus.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşma yaponların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 15-ci dəqiqəsində yarımmüdafiəçi Takefusa Kubo Ritsu Doanın ötürməsindən sonra hesabı açıb. 4 dəqiqə sonra hücumçu Keyto Nakamura Syuto Nakanonun pasını dəqiq tamamlayaraq Yaponiya millisinin üstünlüyünü iki topa çatdırıb — 2:0.
33-cü dəqiqədə Vinisius Junior Bruno Gimaraeşin ötürməsindən sonra fərqi azaldıb, 75-ci dəqiqədə isə yenə eyni yarımmüdafiəçinin pasından yararlanaraq dubl edib. 90+1-ci dəqiqədə Tatsuhiro Sakamoto yaponların üçüncü qolunu vuraraq oyunda son nöqtəni qoyub — 3:2.
Qeyd edək ki, 90+2-ci dəqiqədə Braziliya yığmasının üzvü Rafinya qırmızı vərəqə alaraq meydandan qovulub.
Vinisiusun ilk qolu mükəmməl alınıb
