Xocalı rayonunun Daşbulaq kəndində tut bağları salınıb və sakinlər işlə təmin olunub


7 mənbə əsasında
Xocalı rayonunun Daşbulaq kəndində salınan 163 hektar sahəni əhatə edən super intensiv tut bağları Böyük Qayıdış çərçivəsində sakinlərin məşğulluğuna töhfə verir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məlumatına görə, ərazidə Xocalıdan və ətraf rayonlardan olan 250-yə yaxın keçmiş məcburi köçkün işlə təmin edilib. Son iki ildə həmin bağların hər hektarına 10 min ting əkilib. Layihə çərçivəsində əldə edilən 2100 kiloqram barama "Azəripək" MMC-yə təhvil verilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Xocalının Daşbulaq kəndində 250-yə yaxın sakin işlə təmin olunub
Xocalı rayonunun Daşbulaq kəndində salınan super intensiv tut bağları həm kənd təsərrüfatının inkişafına, həm də Böyük Qayıdış çərçivəsində doğma torpaqlarına qayıdan sakinlərin məşğulluğuna töhfə verir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Hit.az-a verilən məlumata görə, hazırda 163 hektar ərazini əhatə edən bağda Xocalıdan və ətraf rayonlardan olan 250-yə yaxın keçmiş məcburi köçkün çalışır. Onlardan biri Xocalının Badara kəndinə köçən İlqar Hacıyevdir. O, yaradılan iş şəraitindən razıdır və doğma torpaqda çalışaraq ailəsinin dolanışığını təmin edir. Uzun illər məcburi köçkün həyatı yaşadıqdan sonra doğma yurda qayıdan kənd təsərrüfatı mütəxəssisi Nəriman Ələmov da indi burada öz bilik və təcrübəsini torpağın inkişafına sərf edir. Qeyd edək ki, son iki ildə Daşbulaq kəndində salınan tut bağında - hər hektara 10 min ting əkilib. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Prezidentin Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Xüsusi nümayəndəliyi, Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən həyata keçirilən layihə artıq nəticələrini verməkdədir. Xidmətin direktor müşaviri İmran Cümşüdov bildirib ki, tut bağlarının salınması bölgədə baramaçılığın bərpasına da imkan yaradıb. Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında təsərrüfata 100 qutu ipəkqurdu verilib, nəticədə mövsüm ərzində 2100 kiloqram barama əldə edilərək, “Azəripək” MMC-yə təhvil verilib. Layihənin əsas məqsədi kənd təsərrüfatı istehsalını artırmaqla yanaşı, doğma yurdlarına qayıdan sakinləri işlə təmin etmək və bölgədə ənənəvi təsərrüfat sahələrini dirçəltməkdir. Daşbulaqda böyüyən tut bağları Qarabağda quruculuğun və həyata qayıdışın yeni nümunəsidir.
Tam oxu Hit.az saytındaDərc vaxtına görə