“Xilasedici” bu gün Çempionlar Liqasında Sloveniya klubunu qəbul edəcək
1sport.az1Sport.az


Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası bu gün CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində ilk matçına çıxacaq.
1Sport.az xəbər verir ki, təmsilçimiz doğma azarkeşlər önündə Sloveniyanın “ACH Volley Lyublyana” kollektivini sınağa çəkəcək.
Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək.
Tərəflər arasındakı cavab görüşü noyabrın 26-da Sloveniya paytaxtında təşkil olunacaq.
Xatırladaq ki, “Xilasedici” ötən mərhələdə Portuqaliyanın “Sportinq” komandasını üstələyərək bu raunda vəsiqə qazanıb.
1 mənbə
