Xəzər dənizində suyun səviyyəsinin geri çəkilməsi və sahil idarəetməsi


6 mənbə əsasında
Xəzər dənizində suyun mövcud sahil xəttindən bəzi yerlərdə səkkiz yüz metrədək geri çəkildiyi bildirilib. Bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri İdarə Heyətinin sədr müavini Fərid Cəfərov sahilboyu ərazilərdə dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair brifinqdə məlumat verib. Rəsm vurğulayıb ki, qanunvericiliyə əsasən həmin torpaqlar dənizin akvatoriyasına aiddir və müstəsna dövlət mülkiyyətindədir. Gələcəkdə sahilboyu ərazilərin xəritələşdirilməsi və rəqəmsal xəritədə sərhədlərin əks olunması nəzərdə tutulur.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Xəzərdə suyun geri çəkilməsi bəzi hallarda 800 metrə çatır
Xəzər dənizində suyun mövcud sahil xəttindən geri çəkilməsi bəzi hallarda 800 metrə çatır.Oxu24.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifində bildirib."Bu, kifayət qədər böyük ərazidir, amma mövcud qanunvericiliklə həmin ərazilər onsuz dar dənizin akvatoriyasına aid torpaqlardır və bu gün də o hüquqi statusunu saxlayır", - deyə F.Cəfərov əlavə edib.Onun sözlərinə görə, Xəzər dənizinin sahil zolağı Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə müəyyən olunub: "Yəni biz ora sıfır xətti deyirik, yəni dənizin sahillə təmasının sıfır xətti. Ona uyğun olaraq da mühafizə zolaqları 20 və 50 metr sahil xəttindən quruya doğru müəyyən olunub, mövcud qanunvericiliyə əsasən həmin ərazilər müstəsna dövlət mülkiyyətidir. Odur ki, sahil boyu ərazilərin xəritələşdirilməsini aparacağıq"."Xəzərin sahilboyu ərazilərinin zonalaşdırılmasından sonra sərhədlər rəqəmsal xəritədə əks olunacaq. Əhalinin yaşadığı və gələcəkdə məskunlaşdırılması nəzərdə tutulan ərazilər, həmçinin Bakı bulvarı, Bayraq Meydanı, "Sea Breeze", limanlar və sənaye parkları yeni sahil idarəetmə sisteminin əhatə dairəsinə daxil deyil. Onların idarə edilməsi qanunvericilik çərçivəsində həyata keçirilir. Zonalaşdırma prosesi başa çatdıqdan sonra isə hər bir vətəndaş rəqəmsal xəritədə hansı ərazilərin sahil idarəetmə sisteminə daxil olduğunu görə biləcək", - deyə F.Cəfərov əlavə edib.
Tam oxu Oxu24.com saytındaDərc vaxtına görə