Xankəndidə futbol günü
Futbolinfofutbolinfo


1 dəqiqədən az
Bu gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçiriləcək.
Sözügedən arenada I Liqanın “Xankəndi” – “Karvan-Yevlax” oyunu baş tutacaq. VIII turun qarşılaşmasını Kamranbəy Rəhimov idarə edəcək.
Yevlax təmsilçisi turnir cədvəlində 13 xalla 4-cü, ev sahibləri isə 6 xalla 7-ci sırada yer alıblar.
Xatırladaq ki, Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Ümumiyyətlə, bu gün I Liqanın 8-ci turu çərçivəsində 3 görüş keçiriləcək.
Dərc vaxtına görə
Futbolinfooxuduğunuz
Xankəndidə futbol günü
