“Oqtayın fəxri adlarının sürəti, medalları, qəzetlərə verdiyi müsahibələrin hamısı məndədir. Onları tapıb bir yerə yığmışam. Onun qadını Nadejda alzaymer xəstəsi idi. Bütün külliyatını məhv etmişdi. Mən də Türkiyədə yaşayırdım, gələndə artıq o rəhmətə getmişdi. Təkcə mənimlə əlaqə saxlayırdı. Anamı Oqtayın yanında dəfn etdiyimiz üçün məndən də küsmüşdü. Deyirdi ki, ananı niyə Oqtayın yanında dəfn etdiniz?! Şəhərin mərkəzində, gözəl yerdə Oqtayın evi var idi. Həmin evi satıb Buzovnada ev almışdı”.
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, Xalq artisti Oqtay Ağayevin bacısı Ofeliya Ağayeva deyib.
O daha sonra əlavə edib:
“Oqtay onu Düşənbədən gətirmişdi.. Rəqqasə idi. Konsertlərdən birində gəlir ki, guya Oqtayı yola salsın, minir vaqona onunla Bakıya qayıdır. Bir növ qoşulub qaçır. Nadejda xanım balerina idi. Anam istəmirdi ki, oğlu rus qızla evlənsin. Nadejda da bunu bilirdi və beyninə qoymuşdu ki, biz onu istəmirik. Gəlin qaynana kimi aralarında söz olanda mən qaçırdım ki, heç nə eşitməyim və onların işinə qarışmayım. Heç vaxt intriqalarına özümü qurban verməmişəm. Nadejda ilə Oqtayın 1 övladı var idi. O da Oqtaydan 2 il öncə rəhmətə getmişdi. Xəstəliyi var idi”.
RU
11:53, Bu gün Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb
11:47, Bu gün Bir stəkan kola içdikdə nələr baş verir? - Dəhşətli FAKTLAR
11:41, Bu gün Azərbaycanda bu il qeydə alınmış kiberhücumların sayı açıqlandı
11:35, Bu gün DTX rəsmisi: Azərbaycanın informasiya resursları kiberhücumlara məruz qalıb
11:29, Bu gün Dövlət bu şəxslərə kirayə pulu verəcək
11:23, Bu gün Valideynlərin diqqətinə: Bağçalarda ən çox bu xəstəlik yayılır
11:20, Bu gün Nərman Qocatürkün meyiti tapıldı
11:17, Bu gün 32 il Azərbaycanın imtahan sisteminə rəhbərlik edən Məleykə Abbaszadə kimdir? - DOSYE
11:13, Bu gün Pensiyaların tam ödəniləcəyi tarix açıqlandı
11:11, Bu gün Nüşabə Ələsgərlidən illər sonra etiraf: “Buna görə peşmanam”
Dərc vaxtına görə
Moderator.az xəbər portalıoxuduğunuz
Xanımı məşhur müğənninin külliyatını məhv edib: “Anamı Oqtayın yanında dəfn etdiyimiz üçün bizi danışdırmırdı” - ÖZƏL