Xamzat Çimayev UFC-dən döyüş gözlədiyini bildirib


Xamzat Çimayev artıq üç aydır UFC-də növbəti döyüşünü gözlədiyini açıqlayıb. O, təşkilatın ona yeni rəqib vermədiyini və tezliklə oktaqona qayıtmaq istədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, Çimayev bu barədə belə danışıb: "Mən sadəcə hər hansı bir döyüşü gözləyirəm və ümid edirəm ki, tezliklə oktaqona qayıda biləcəyəm. Mən tam hazıram. Artıq təxminən üç aydır gözləyirəm. Striklendlə döyüşdən dərhal sonra onlara dedim ki, mənə yeni döyüş versinlər. Amma hələ də gözləyirəm, gözləyirəm və gözləyirəm. Eşitmişəm ki, Nasurdin İmavov və Şon döyüşəcək. Kim qalib gəlsə, bəlkə də onunla qarşılaşaram. UFC-nin nəyi gözlədiyini bilmirəm. Onların hansı planı olduğunu da bilmirəm."

Lent.az+1 mənbə