Xameneinin raketlərlə bağlı göstərişi həyata keçirilib


İranın Ali rəhbəri Müctəba Xamenei raketlərin uçuş məsafəsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasına dair göstəriş verib və qərara əsasən hədəfi dəqiq vuran 2 min kilometr məsafəni qət edən silahlar olmalıdır.
Ordu.az xəbər verir ki, bunu İranın "Bəsic" qüvvələri rəhbərinin müavini briqada generalı Qasım Qureyşi jurnalistlərə açıqlayıb.
"Ali rəhbərin bu əmri silahlı qüvvələrdə avadanlıq, silah, kəşfiyyat və atəş gücü baxımından artıq həyata keçirilib.
Amerikalılar düşünməsinlər ki, 1000 və ya 2000 kilometr radiusa çəkilməklə təhlükəsizlikdə olacaqlar; necə ki, əvvəllər İran raketlərini "fotoşop" və "su qızdırıcısı" adlandırırdılar, indi o məsafədə də özlərini təhlükəsizlikdə hiss etməyəcəklər və lazım gəldikdə Rəhbərin qərarı silahlı qüvvələr tərəfindən icra olunacaq", - iranlı general bildirib.
Ordu.az
Dərc vaxtına görə
