"Xahiş edirik, bizi İŞSİZ QOYMAYIN..."

2 dəq oxu
Xəbər
“Azəriqaz” İstehsalat Birliyinin 104 xidmətindəki maşın və sürücülər ixtisara salınıb.
Bu barədə Mia.az saytının bir neçə gün əvvəl yazdığı xəbər təsdiqlənib.
Bu barədə Mia.az-a Hacıqabuldan verilən məlumata görə, artıq Qaz İstismarı Sahəsinin 4 sürücüsünün sərəncamında olan maşınlar əllərindən alınıb: "Bunun əvəzində isə çilingər Raqil Cəfərova "Pikap" markalı maşın verilib. Bizə isə deyildi ki, maşınları idarədə saxlayın, gedin. İndi biz nə edəcəyik?".
İsmayıllı rayonunun 104 qəza xidmətində çalışan sürücülər də Mia.az-a oxşar məlumat veriblər.
Onlar bildirir ki, hər hansı bir səbəb göstərilmədən "maşınları təhvil verin" deyiblər: "Lakin bizə hər hansı bir iş təklif olunmayıb. Biz ölkə prezidenti möhtərəm İlham Əliyev və Birinci xanım Mehriban Əliyevadan kömək gözləyirik. Xahiş edirik, bizi iş-gücsüz qoymalarına imkan verməyin".
Qaz təsərrüfatı üzrə ekspertlərdən biri isə Mia.az-a bildirib ki, Qəza xidmətindəki maşınların alınması və əvəzində hər rayonda bir çilingərə yeni maşın verilməsinin fəsadı ağır ola bilər: "Uzaq olsun, tutaq ki, 100 min əhalisi olan rayonda bir gündə 5-6 yerdə qəza olacaqsa, - hansı ki, olur da - o zaman necə edəcəklər? Özü də unutmayaq ki, "Azəriqaz"ın Təmir-Tiknti İdarəsi də demək olar ki, ləğv olunub, işçiləri yola salınıb, yanvarın 1-dən isə artıqmeyit halında olan həmin idarə kağız üzərində də rəsmən ləğv olunacaq. Bəs bu halda Qəza xidmərtində maşınlaırn sayını artırmaqdansa, birə endirilməsi nəyə xidmət edir? "Azəriqaz"ın rəhbəri Azər Məmmədov nə etmək istəyir? Orada qrup yaradan Xəqani Bəşirli, Cahid Hüseynov, Nail Abdullayev nə etmək istəyirlər? Bunların arasında elələri var ki, ailə üzvlərinə qədər SOCAR-ın çətiri altında işə yerləşdiriblər. Noldu bunların qohum-əqrabası savadlı, işgörən oldu, qalanları işbilməz?!
Bu qədər ikrah yaradan əmələ yol vermək olarmı?
Əminəm ki, bir gün bu adamardan İsmayıllı və digər yerlərdə tikdirdikləri qoşa villalara qədər çox şeyin hesabını soracaqlar. Adamdan soruşmazlar ki, indilərdə 3-4 minə qədər maaş aldığınız halda, bunları nə ilə əldə edirsiniz?
Dövlətlə "çiling-ağac" oynayan heç bir məmurun karyerası uzun çəkməyib. Əksinə, onların hamısının məşəqqətli sonunu görmüşük. Ümidvaram ki, sürücüləri işsiz qoymaq istəyənlər onların uşaqlarının da dolanmaq, yaşamaq haqqını nəzərə alaraq, yanlış qərardan geri dönəcəklər..."
Mənbə
1 mənbə



