Xaçmazdakı bu şərab zavodu iflas edib? - 467,8 min manatdan çox vergi borcu qalıb


Xaçmaz rayonunda hüquqi qeydiyyatda olan "Azər-Şərab-İ" Məhdud Məsuliyyətli Cəmiyyəti bağlanıb.
32gun.az-ın əldə etdiyi xəbərə görə, sözügedən müəssisə vergi uçotunda passiv vergi ödəyicisi kimi qeydiyyata alınıb.
Əldə etdiyimiz digər məlumata görə. şirkətin dövlət büdcəsinə külli miqdarda vergi borcu hələ də qalıb. Şirkətin hazırkı vergi borcu 467.863,72 AZN (467,8 min manatdan çox) təşkil edir.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsi, ev 3 ünvanında yerləşən MMC-nin nizamnamə kapitalı 20 AZN, qanuni təmsilçisi isə İsmayıl Səfərəli oğlu Səfərovdur.
Ayaz
1 mənbə
