Xabi Alonsonun prioriteti bəlli oldu


“Çelsi” yanvar ayı üçün “Bornmut”un yarımmüdafiəçisi Aleks Skottu bir nömrəli hədəf elan edib.
Publika.az xəbər verir ki, “Caught Offside”a görə, baş məşqçi Xabi Alonsonun prioriteti yayda argentinalı Enzo Fernandesin “Mançester Siti”yə keçməsindən sonra hələ də boşluq olan yarımmüdafiəni gücləndirməkdir.
Mənbənin məlumatına görə, “mavilər” son transfer pəncərəsində Skottla müqavilə imzalamaq üçün xeyli səy göstərsələr də, 76 milyon avroluq təklif rədd edilib. “Mavilər”in bu həftə “Bornmut”la danışıqlardan sonra nikbin olduğu bildirilir.
Klublar təxminən 107 milyon avro məbləğində müzakirə aparıblar, baxmayaraq ki, “Bornmut” əvvəllər Skott üçün 119 milyon avro istəmişdi.
Nəşrin məlumatına görə, 23 yaşlı oyunçunun özü ilə şəxsi şərtlər artıq əsasən razılaşdırılıb.
