Bu gün Premyer Liqada iki matç var


Bu gün Azərbaycan Premyer Liqasında XII turu çərçivəsində daha iki oyun keçiriləcək.
Xitab24.az-ın məlumatına görə, günün ilk matçında “Şamaxı” “Turan Tovuz”u qəbul edəcək. Emin Əliyevin idarə edəcəyi görüş saat 14:30-da başlayacaq.
Günün növbəti qarşılaşmasında isə “Şəfa” “Qəbələ” ilə üz-üzə gələcək. Əli Əliyevin idarə edəcəyi matç saat 17:00-da start götürəcək.
Qeyd edək ki, turun daha əvvəl keçirilən “İmişli” – “Zirə” matçı 2:2 hesabı ilə başa çatıb, “Sumqayıt” isə “Sabah”a 1:5 hesabı ilə məğlub olub. Tura sabah yekun vurulacaq.
