“Tottenhem”in futbolçusu klubun qarşısına qoyduğu hədəfləri açıqlayıb


İngiltərənin “Tottenhem” klubunun yarımmüdafiəçisi Mateuş Fernandeş komandanın qarşıdakı hədəfləri və gələcək planları barədə danışıb.
90deqiqe.Az-ın “The Spurs Express”ə istinadən məlumatına görə, portuqaliyalı futbolçu İngiltərə Premyer Liqası və Liqa Kubokunu qazanmağı, həmçinin daha çox titul əldə etməyi qarşıya məqsəd qoyduqlarını bildirib.
“Bu barədə baş məşqçi ilə dəfələrlə müzakirələr aparmışıq. Qarşımızda Premyer Liqanı, Liqa Kubokunu və bir çox başqa titulları qazanmaq kimi böyük hədəf var. Düşünürəm ki, bu klubun düşüncə tərzini dəyişə bilərik”
Portuqaliyalı yarımmüdafiəçi yay transfer pəncərəsində “Vest Hem”dən “Tottenhem”ə keçib. O, London klubunun heyətində bütün turnirlərdə 12 oyun keçirib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Premyer Liqanın 10 turundan sonra “Tottenhem” 12 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
1 mənbə