UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı - Texniki məğlubiyyət verilə bilər


UEFA İntizam Komitəsinin Andorra – Azərbaycan (1:3) oyunu ilə bağlı araşdırmaya başladığı bildirilir.
Moderator.az Sportliqa.az-a istinadən xəbər verir ki, qarşılaşmanın 64-cü dəqiqəsində Emin Mahmudov meydanı tərk edərkən kapitanlıq sarğısını qəbul etmək üçün Bədavi Hüseynov meydana daxil olub.
Lakin sonradan məlum olub ki, Bədavi Hüseynov oyunun iştirak ərizəsində qeydiyyata alınmayıb.
Maraqlıdır ki, AFFA-nın rəsmi sosial şəbəkə hesablarında qarşılaşmadan əvvəl paylaşılan heyət siyahısında da Bədavi Hüseynovun adı yer almayıb.
İddialara görə, AFFA rəhbərliyi oyundan sonra yaranmış vəziyyəti ictimaiyyətdən gizlətmək məqsədilə həmin paylaşımın silinməsi barədə göstəriş verib. Nəticədə post Facebook və Instagram hesablarından silinsə də, Threads platformasında qalıb.
Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə texniki məğlubiyyət ala bilər.
RU
09:45, Bu gün UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı - Texniki məğlubiyyət verilə bilər
09:38, Bu gün Vyetnamlı müğənni liderlərin qarşısında "Ey Vətən" mahnısını oxudu - VİDEO
09:30, Bu gün Hikmət Hacıyevdən Prezidentin Vyetnama səfəri ilə bağlı PAYLAŞIM
09:22, Bu gün Noyabrda xüsusi şans qazanacaq BÜRCLƏR
09:14, Bu gün ABŞ Kənd Təsərrüfatı Nazirliyinə kiberhücum: Mühüm məlumat bazası sındırıldı
09:06, Bu gün Premyer Liqa: “Şamaxı” “Turan Tovuz”u, “Şəfa” “Qəbələ”ni qəbul edir
08:58, Bu gün Rumıniyada nazir müavini qaçaqmalçılıqda ittiham olunur: 880 min avroluq qalmaqal
08:51, Bu gün “Verilişlərimizi bağladınız, tənqid olunan şeylər yenə efirdədir" - Zaur Baxşəliyev
08:44, Bu gün Tibbdə inqilabi yenilik: İnsan dərisini əvəz edəcək texnologiya hazırlandı
08:37, Bu gün Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü