Vinisius Junior "Real Madrid"də əsas heyətdəki yerini itirdi


"Real Madrid"in ulduz hücumçusu Vinisius Junior komandanın start heyətindəki yerini itirib.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Joze Mourinyonun son qərarlarından sonra braziliyalı futbolçu ehtiyat oyunçular skamyasında qalmalı olub.
Məlumatlara görə, Vinisius baş məşqçinin bu qərarını anlayışla qarşılayır və vəziyyətə hörmətlə yanaşır.
O, əsas heyətə qayıtmaq və yenidən komandanın əsas həlledici oyunçularından birinə çevrilmək üçün məşqlərdə daha çox çalışmaq əzmindədir.
