Vertolyot qəzası Milli Məclisdə müzakirəyə çıxarıldı: Tamerlan Qarayevdən şok cavab – VİDEO


Bu gün Qarakənd səmasında baş verən vertolyot qəzandan 35 il ötür. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycan Respublikasının bir sıra dövlət xadimlərini, hüquq-mühafizə orqanlarının rəhbərlərini, hərbçiləri və jurnalistləri daşıyan “Mi-8” hərbi-nəqliyyat helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulması nəticəsində baş vermiş terror aktı və faciə baş verib. Hadisə nəticəsində göyərtədə olan 22 nəfərin hamısı həlak olub.
Globalinfo.az xəbər verir ki, bu dəhşətli hadisə Azərbaycanda böyük etiraz və vahimə yaratmışdı. Ermənilərin generalların olduğu vertolyotu vurulması cəmiyyətdə böyük təşviş yaratmışdı. Üzərindən 35 il keçməsinə baxmayaraq vertolyot qəzası hələ də unudulmur. Hər il dönümündə xatırlanır. Hadisənin qurbanlarının məzarları ziyarət edilir.
Bu hadisədən sonra bir çox fərziyyə ortaya atılıb. Hadisənin arxasında Azərbaycanın ozamankı rəhbərliyinin – konkret olaraq prezident Ayaz Mütəllibovun dayandığı iddia olunurdu. Eləcə də Moskvanın da bu işdə iştirakı deyilirdi.
Faciənin birinci il dönümü ərəfəsində Milli Məclisdə hadisə ilə bağlı müzakirələrə keçirilib. 1992-ci ilin noyabr ayının əvvəlində parlamentdə gedən müzakirələrə bugünkü reallıqdan baxdıqda, ortaya maraqlı mənzərə çıxır.
Təqdim etdiyimiz videoda ilk danışan şəxs AMİP-dən deputat olan Şadman Hüseynovdur. O, vertolyotun qara qutusunun zədələnməsi haqda deyilənlərə inanmadığını söyləyir.
Tahir Əliyev, Arif Hacılı da mövzu ətrafında danışırlar. Həmin dövrdə Milli Məclis sədrinin 1-ci müavini olan və hadisələrdə adı əsas fiqur kimi hallanan Tamerlan Qarayev də deputat həmkarlarının iddialarına münasibət bildirir. Xüsusilə də onun çıxışında bu cümlələr maraq doğurur. Sitat: Burda şübhəli-şübhəli söz deyildi. Mən razılaşa bilmirəm ki, sizin nə şübhəniz var?! Dövlət komissiyası, hesab edirəm ki, öz vəzifəsini yerinə yetirib”.
Şadman Hüseynov isə bildirib ki, deyilən rəylər dəqiq deyil.
Videonu təqdim edirik:
Aydın Aslan
Globalinfo.az

Report+2 mənbə