Vəkil narkotik dövriyyəsində ittiham olunur


19.11.2026
09:35
“Alyans” Vəkil Bürosunun rəhbəri, vəkil Orxan Kəngərli saxlanılıb.
ERAmedia xəbər verir ki, O.Kəngərli polis əməkdaşları tərəfindən tutulub. İlkin məlumata görə, vəkil qanunsuz narkotik dövriyyəsində ittiham olunur.
Onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün bu gün məhkəməyə çıxarılacağı gözlənilir.
