Valdano: "Yaradıcılıq üzərində qurulan oyun "Real Madrid"ə böyük fayda verdi"


Xorxe Valdano "Real Madrid"in oyununun Joze Mourinyonun baş məşqçi postuna qayıdışından sonra necə dəyişdiyini dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, o, Mourinyonun daha sakit və emosiyalarına nəzarət edən biri olduğunu iddia etməsinə münasibət bildirib:
"İnsanlar dəyişmir. O, qələbə anlarında əvvəlki kimi cazibədardır, məğlubiyyətlə barışmaq isə ona hələ də çətindir. Amma düşünürəm ki, rahatlıq ona xeyir verir. Son dəyişikliklər – kobud gücdən yaradıcı oyuna keçid – 'Real Madrid'ə böyük fayda gətirdi".
Valdano həmçinin "Real Madrid"də idman direktoru işlədiyi dövrdə Mourinyo ilə münasibətlərinə və Florentino Peresin məşqçinin tərəfində dayanmasına toxunub: "Heç bir halda sevinməkdən söhbət gedə bilməz, Florentinoya da yazığım gəlmir. O, 'Real Madrid'in böyük tarixində iz qoymuş şəxsiyyətdir və özündən sonra möhtəşəm irs buraxacaq. Səhvlərə gəlincə, hər bir insan kimi, onları insan təbiətinin təzahürü kimi qəbul etmək lazımdır".
1 mənbə
