Valdano: "Futbolda əsas təhlükə təkəbbürdür, yoxsa eqo deyil"


"Real Madrid"in sabiq futbolçusu və baş məşqçisi Xorxe Valdano futbolda eqonun təsiri barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Valdano azarkeşlərin eqonun futboldakı rolunu həddindən artıq şişirtdiyini bildirib. O qeyd edib ki, oyunçular daim bir-birini izləyir, meydanda isə 70 min insan onları müşahidə edir. "Eqo nəzarət altındadır və futbolçular bu hissə uşaq yaşlarından alışırlar. Əsl təhlükə təkəbbürdədir. Təkəbbür insanı aldadır, ona görə də ondan çəkinmək lazımdır. Təvazökarlıq isə insana güclü və zəif tərəflərini göstərir, onu işləməyə vadar edir. Təkəbbür isə insanı həddindən artıq yaxşı göstərir və bu, argentinalılara xasdır", – deyə Valdano gülümsəyərək vurğulayıb.