Usman və Umar Nurmaqomedovlar BƏƏ-dən deportasiya edilib


Abu-Dabidə oteldə baş verən insidentdə iştirak edən bütün şəxslər, o cümlədən Usman Nurmaqomedov, Umar Nurmaqomedov və Tacir Ulanbekov Rusiyaya qayıdıb.
Offsideplus.az xəbər verir ki, onların Birləşmiş Ərəb Əmirliklərindən deportasiya olunduğu bildirilib. Məlumata görə, təyyarə dünən saat 21:00-da Rusiyaya yola düşüb. Qeyd edək ki, 11 noyabrda "Hilton" otelində Usman Nurmaqomedov və Merab Dvalişvili arasında dava baş verib. Hadisədən sonra polis 10 nəfəri saxlayıb, onlardan 8-i həbs cəzası alıb. 17 noyabrda bütün iştirakçılar azadlığa buraxılıb. Usman Nurmaqomedov hazırda azadlıqdadır.