Usman Hokit və Qeyn arasında revanş döyüşünə qarşı çıxdı

Kamaru Usman Coş Hokitlə Siril Qeyn arasında dərhal revanş döyüşünün keçirilməsini düzgün hesab etmədiyini açıqlayıb.
1Sport.az xəbər verir ki, keçmiş UFC çempionu ağır çəkidə Aleksandr Volkovun, eləcə də Sergey Pavloviç – Aleks Pereyra döyüşünün qalibinin titul qarşılaşmasına namizəd ola biləcəyini bildirib.
“Düşünürəm ki, UFC 334-də yeni ulduz doğuldu. Lakin onun dərhal revanş döyüşünə ehtiyacı olduğunu düşünmürəm. Çünki o, çempion olmayıb. Başqa namizədlər də var. Aleksandr Volkov və Pavloviç – Pereyra döyüşünün qalibi də titul uğrunda mübarizə apara bilər”
Qeyd edək ki, 39 yaşlı döyüşçü 2019–2022-ci illərdə UFC çempionu olub, titulunu 5 dəfə qoruyub
