Tonda üçün yeni müqavilə
Futbolpress.azŞahin Cəfərov


İngiltərə Çempionşipində çıxış edən “Sauthempton” klubu baş məşqçisi Tonda Ekkertlə müqavilənin müddətini uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı mütəxəssislə anlaşmanın müddəti 2029-cu ilin yayına kimi artırılıb.
Ekkert 2025-ci ildən komandaya rəhbərlik edir. “Sauthempton” onun başçılığı altında Çempionşipdə keçirdiyi 48 matçda 96 xal toplayıb.
Komanda hazırda çempionatda 24 xalla 7-ci pillədə qərarlaşıb.
1 mənbə
