"Ürəyim istəyəni edirəm, heç kimə fikir vermirəm"


“Ürəyimdən nə keçir reallaşdırıram. Kim nə deyər, nə düşünər fikirləşmirəm. Bununla çoxdan qurtarmışam. Onsuz insanlar nə etsən, danışacaqlar. Heç kəsə zərər vermədən, incitmədən ürəyim istəyəni edirəm. Heç kimə daş atmıram, qəlbinə dəymirəm. Ürəkdən gələn hər şey gözəldir".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “İncə səhər” proqramında deyib. İfaçı deyib ki, kənar şəxslərin qınaqları onu maraqlandırmır.
Müğənni sənət adamlarının fərqli olduqlarını bildirib:
“Biz sənət adamları seçilmiş insanlarıq. Allah bizə fərqli hisslər verib. Ayrı dünyamız var. Bizi çox vaxt başa düşmürlər. Bəzən o qədər əsəbi oluram. Sonra deyirəm, boş ver. Onsuz da heç nə tam deyil”. (axsam.az)
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
Dərc vaxtına görə