Upamekano oktyabrda "Bavariya"nın ən yaxşı oyunçusu seçildi


Fransalı müdafiəçi Dayo Upamekano "Bavariya" azarkeşləri tərəfindən oktyabr ayının ən yaxşı futbolçusu seçilib.
Offsideplus.az xəbər verir ki, mərkəz müdafiəçisi səsvermədə 33,4 faiz nəticə göstərərək Konrad Laymeri (21 faiz) və Harri Keyni (20,5 faiz) geridə qoyub. Bu, Upamekanonun cari mövsümdə azarkeş səsverməsində ilk qələbəsidir. Əvvəlki iki ayda isə onun həmyerlisi Maykl Olise ən yaxşı seçilmişdi.
Oktyabrda Upamekano Almaniya çempionatında bütün dörd oyunda meydana çıxıb və "Frayburq"la Dortmundun "Borussiya"sına qol vurub. 28 yaşlı futbolçu Bundesliqada ilk dəfə ardıcıl iki matçda fərqlənib.
