"Ümid edirəm ki, qələbə bizim olar" - "Şahdağ Qusar"ın futbolçusu


1-ci Liqanın 8-ci turunda lider "Şahdağ Qusar" 2-ci pillədə qərarlaşmış "Gəncəbasar"ı qəbul edəcək. Qusar təmsilçisinin müdafiəçisi Mehrac Baxşalı turun mərkəzi qarşılaşması ərəfəsində fikirlərini bölüşüb.
O, Fanat.Az-a açıqlamasında belə danışıb:
"Gəncəbasar" yaxşı təşkilatlanmış komandadır. Liqada nəyə qadir olduqlarını göstərirlər. Amma bizim üçün bir oyunun digərindən fərqi yoxdur. Digər matçlara necə hazırlaşmışıqsa, bu görüşə də elə hazırlaşırıq. Meydana qələbə üçün çıxacağıq. Ümid edirəm ki, qələbə bizim olar".
Qeyd edək ki, sözügedən oyun noyabrın 20-də baş tutacaq. Binə qəsəbə stadionunda oynanılacaq matçın start fiti 14:00-da səsləndiriləcək.
Nihat
