Ukraynanın dərman şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayır


Ukraynanın əczaçılıq sektorunda fəaliyyət göstərən “Arterium” Korporasiyasının Azərbaycandakı nümayəndəliyi ləğv olunur.
Banker.az xəbər verir ki, korporasiyanın Azərbaycan Respublikasındakı nümayəndəliyi fəaliyyətinə xitam verdiyini elan edib.
Bildirilib ki,kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Dalan 1, ev 2B ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Arterium” Ukraynada fəaliyyət göstərən əczaçılıq korporasiyasıdır. Şirkət müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələrinin istehsalı və satışı ilə məşğuldur. Korporasiyanın məhsul portfelinə ürək-damar, nevroloji, infeksion və digər xəstəliklərin müalicəsində istifadə edilən preparatlar daxildir.