Ukraynada səkkiz il həbs cəzası alan azərbaycanlı veteranın işinə yenidən baxılacaq


7 mənbə əsasında
Ukraynada adam oğurluğu, xuliqanlıq və silah saxlamaq ittihamları ilə səkkiz il azadlıqdan məhrum edilən Azərbaycan vətəndaşı və Vətən müharibəsi iştirakçısı Misir Qasımlının məhkəmə işi yenidən araşdırılacaq. Kiyev Ali Məhkəməsi kassasiya şikayətinə baxaraq aşağı instansiya məhkəmələrinin prosessual pozuntulara yol verdiyini müəyyən edib və əvvəlki qərarları ləğv edib. Misir Qasımlı özü sosial şəbəkə hesabında işin yenidən araşdırılması üçün aidiyyəti üzrə məhkəməyə qaytarıldığını təsdiqləyib. Xatırladaq ki, o və dostu Sübhan Quliyev 2022-ci ilin dekabr ayında həbs olunmuşdular.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?
Ukraynada adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirləndirilərək 8 il azadlıqdan məhrum edilən Azərbaycan vətəndaşı, Vətən müharibəsi iştirakçısı Misir Qasımlının işinə yenidən baxılacaq. Bakıvaxtı.az xəbər verir ki, bu barədə Misir Qasımlı özünün İnstaqram səhifəsində məlumat yayıb. “Haqqımda son günlərdə azadlığa çıxdığımla bağlı xəbərlər yayılır. Məhkəmədə qalib gəlmişəm, 8 illik həbsim ləğv olunub. İş yenidən birinci instansiya məhkəməsinə göndərilib və işə yenidən baxılacaq”, - Qasımlı bildirib. Mətbuatda da Kiyev Ali Məhkəməsinin M.Qasımlının barəsində çıxarılmış 8 illik azadlıqdan məhrumetmə hökmündən verilən kassasiya şikayətinə baxaraq qərar qəbul etdiyi barədə məlumatlar yayılıb. Məhkəmə kollegiyası apardığı araşdırma nəticəsində aşağı instansiya məhkəmələrinin işin icraatı zamanı ciddi prosessual pozuntulara yol verdiyini müəyyən edib. Bu əsasla əvvəlki qərarların ləğv edilməsi və cinayət işinin yenidən araşdırılması üçün aidiyyəti üzrə Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb. Qeyd edək ki, Ukrayna məhkəməsi 2022-ci ilin dekabrın 7-də Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı və onun dostu Sübhan Quliyevi 8 il müddətinə azadlıqdan məhrum etmişdi.
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə
