Ukrayna Rusiyanın iki neft emalı zavoduna zərbə endirdi


Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında yerləşən iki neft emalı zavoduna yeni zərbələr endirdiyini açıqlayıb.
Xitab24.az Associated Press (AP) agentliyinə istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı İlski və Afipski neft emalı müəssisələrinin hədəfə alındığını bildirib.
Məlumata əsasən, İlski zavodunda neft saxlama çənləri, Afipski müəssisəsində isə emal qurğularından biri vurulub. Hər iki müəssisə daha əvvəl də hücumlara məruz qalmışdı.
Ukrayna tərəfinin məlumatına görə, zavodların illik ümumi emal gücü təxminən 95 milyon bareldir və onlar Rusiya qüvvələrinin yanacaq təchizatında rol oynayır.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə istehsal edilən uzaqmənzilli pilotsuz uçuş aparatları və raketlərin effektivliyini yüksək qiymətləndirib.
Bu arada Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar davam edir. Odessaya endirilən zərbələr nəticəsində dörd nəfərin öldüyü, Xarkov vilayətində bazara dron hücumu zamanı isə 12 nəfərin yaralandığı bildirilir.
Dərc vaxtına görə
Xitab24.azoxuduğunuz
Ukrayna Rusiyanın iki neft emalı zavoduna zərbə endirdi