Monqolustan prezidentinin istefası parlamentdə təsdiqləndi


Monqolustan parlamenti prezident Uxnaaqiyn Xurelsuxun istefa müraciətini qəbul edib.
Publika.az xəbər verir ki, dövlət agentliyi MONTSAME-nin məlumatına görə, səsvermədə iştirak edən 124 deputatdan 104-ü istefanı dəstəkləyib.
Xatırladaq ki, prezident Demokratlar Partiyasının yüksək vəzifəli şəxsləri, o cümlədən dövlət başçısını korrupsiyada ittiham etməsindən sonra istefa verdiyini açıqlamışdı. Xurelsux böhtana məruz qaldığını bildirərək, aidiyyəti qurumlara müraciət edəcəyini demişdi.
Müəllif: Adəm