Ukrayna ordusu Krasnodarda iki neft emalı zavodunun vurulduğunu təsdiqləyib


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ərazisində, Krasnodar diyarında yerləşən İlski və Afipski neft emalı zavodlarının (NEZ) vurulduğunu açıqlayıb.
Moderator.az xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə, İlski NEZ-də yanacaq saxlama çənləri, Afipski NEZ-də isə neft emalı qurğusu zədələnib.
Məlumatda bildirilir ki, hər iki müəssisənin ümumi illik neft emalı gücü təxminən 13 milyon ton təşkil edir.
Krasnodar diyarının əməliyyat qərargahı isə noyabrın 18-nə keçən gecə Severski rayonunda pilotsuz uçuş aparatlarının hücumundan sonra iki müəssisədə yanğın baş verdiyini açıqlayıb.
Yerli hakimiyyət orqanları həmin müəssisələrin adlarını açıqlamayıb.
Hücum nəticəsində dörd nəfərin xəsarət aldığı bildirilib.
RU
09:14, Bu gün Noyabrda böyük sürprizlə qarşılaşacaq BÜRCLƏR
09:07, Bu gün Avro və rubl ucuzlaşdı - MƏZƏNNƏ
08:58, Bu gün Vəkil Orxan Kəngərli saxlanıldı
08:51, Bu gün Yeməkdən dərhal sonra etməməli olduğunuz üç şey
08:48, Bu gün Putin Tramp və Si ilə dünyanı bölməyə gəldi - onunla eyni süfrəni belə, bölüşmədilər –Çinin ikili münasibətindən 4 məqam...
08:44, Bu gün Messinin anası oğlunun Argentina millisindəki varisinin adını açıqladı
08:37, Bu gün Dizayner süni intellekti çaşdıran xüsusi köynək hazırladı - FOTO
08:30, Bu gün Gülarənin qətli əvvəlcədən planlaşdırılmışdı? - VİDEO
08:24, Bu gün Azərbaycan XİN Fransanın iddialarını RƏDD ETDİ
08:18, Bu gün Bakının bu yollarında sıxlıq var - SİYAHI
Dərc vaxtına görə