UFC-də obliq-kik zərbəsi qadağan oluna bilər


UFC-nin tanınmış şərhçisi Co Roqan təşkilatda obliq-kik zərbəsinin qadağan ediləcəyini bildirib. Onun sözlərinə görə, bu barədə yaxın vaxtlarda rəsmi açıqlama veriləcək.
Offsideplus.az xəbər verir ki, obliq-kik rəqibin diz nahiyəsinə yuxarıdan-aşağıya istiqamətlənən xüsusi ayaq zərbəsidir. Bu zərbənin qadağan olunmasını UFC prezidenti Dana Uayt və Kaliforniya Atletika Komissiyasının rəhbəri Endi Foster də dəstəkləyib. Endi Foster bildirib ki, bu zərbə idmançının ömürlük zədə almasına səbəb ola bilər və onun fikrincə, bu qadağa tamaşaçılar üçün heç bir itki yaratmayacaq.
