UFC 334-də Ciril Qan və Kayla Harrison titul döyüşünə çıxacaq


UFC 334 turniri 14 noyabr şənbə günü Nyu-Yorkda keçiriləcək. Gecənin əsas qarşılaşmasında ağır çəkidə titul uğrunda Ciril Qan (14-2-0-1) və məğlubiyyətsiz Coş Hokit (10-0) üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, ikinci əsas döyüşdə qadınların yüngül çəkisində Kayla Harrison (19-1) titulunu Amanda Nunesə (23-5) qarşı müdafiə edəcək. Turnirin digər maraqlı qarşılaşmalarında Kayyo Borralyo (18-2-0-1) Yusri Belqarui (11-3) ilə, Uroş Mediç (14-3) isə Kevin Holland (29-15) ilə qüvvəsini sınayacaq. Bundan başqa, Bilal Həsən (10-0) Luis Qurule (11-4), Stiven Tompson (17-9-1) Çarlz Radtke (12-5), Drü Dober (29-15) Kris Dankan (15-3), Cim Miller (39-19) isə Terrens Makkinni (18-9) ilə qarşılaşacaq.
Turnirin ilkin qarşılaşmaları Moskva vaxtı ilə saat 03:00-da başlayacaq. Əsas proqram isə saat 05:00-da start götürəcək. UFC 334-də ağır çəkidə maraqlı titul döyüşü və Amanda Nunesin qayıdışı azarkeşləri böyük maraqla gözləyir.
