U-20 yığmamız Bakı toplanışını İraq matçı ilə yekunlaşdırır


Bakıda təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlığın son günündə ikinci yoldaşlıq görüşünə çıxacaq.
Offsideplus.az xəbər verir ki, Ruy Jorjenin rəhbərlik etdiyi U-20 yığması bu gün İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında noyabrın 17-də Sumqayıtda keçirilən ilk sınaq matçında qapılara qol vurulmayıb – 0:0

Teleqraf.az+1 mənbə