U-20 İraq millisi ilə gücünü sınayır

1 dəq oxu
Xəbər
Noyabrın 9-dan Qəbələdə təlim-məşq toplanışında olan və hazırlığın ikinci mərhələsini dünəndən Bakıda davam etdirən 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün sınaq matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, Rui Jorjenin baş məşqçisi olduğu komandamız İraq yığması ilə qarşılaşacaq.
Oyun Sumqayıtda “SOCAR Polymer Arena”da baş tutacaq və saat 19:00-da başlanacaq. Matç "CBC Sport" vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, tərəflər noyabrın 20-də yenidən qarşılaşacaqlar. İkinci oyun Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq və saat 16:00-da start götürəcək.
Mənbə
1 mənbə



