Türkiyənin yeni müdafiə texnologiyası diqqət mərkəzində: “Əjdaha” 51 dronu eyni anda zərərsizləşdirdi


18.11.2026
ELAZ.İNFO xəbər verir ki, Türkiyənin müdafiə sənayesi sahəsində hazırladığı yeni texnologiya pilotsuz uçuş aparatlarına qarşı mübarizədə diqqətçəkən nəticə nümayiş etdirib. ASELSAN şirkətinin hazırladığı “EJDERHA” sistemi sınaq zamanı eyni anda havaya qaldırılan 51 dronu bir neçə saniyə ərzində sıradan çıxarıb.
Türkiyənin müdafiə sənayesində hazırlanan yeni nəsil sistemlərdən biri olan “EJDERHA” pilotsuz uçuş aparatlarına qarşı mübarizədə fərqli texnoloji yanaşma nümayiş etdirib.
Noyabrın 15-də ASELSAN-ın Gölbek Atış və Sınaq Mərkəzində keçirilən nümayiş zamanı sistemin imkanları müxtəlif ssenarilər üzrə yoxlanılıb. Şirkətin 51 illiyi münasibətilə təşkil olunan sınağın ən diqqətçəkən mərhələsində 51 dron eyni vaxtda havaya qaldırılıb. ASELSAN-ın məlumatına görə, “EJDERHA” bütün hədəfləri saniyələr ərzində eyni vaxtda təsirsiz vəziyyətə gətirib.
Aydan
👁 240