“Anthropic”in səhmləri birjada ilk gündə 17 faiz bahalaşıb


BAKI, 20 noyabr. TELEQRAF
Süni intellekt texnologiyaları hazırlayan ABŞ-nin “Anthropic” şirkətinin səhmləri “Nasdaq” birjasında ilk ticarət günü ərzində 17,07 faiz bahalaşıb.
Teleqraf xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında bildirilib.
Şirkət ilkin kütləvi səhm yerləşdirməsi (IPO) zamanı bir səhmin qiymətini 83 dollar müəyyənləşdirib.
Ticarətin ilk dəqiqələrində səhmlər 34,55 faiz bahalaşaraq 111,68 dollara yüksəlib. Daha sonra qiymət nisbətən geriləyib və noyabrın 19-da ticarət sessiyasının sonunda 97,17 dollar təşkil edib.
Bahalaşma “Nasdaq” indeksinin 2,25 faiz azalaraq 23 879,19 bəndə düşməsi fonunda baş verib.
Qeyd edək ki, 2021-ci ildə “OpenAI”ın keçmiş əməkdaşları tərəfindən yaradılan “Anthropic” şirkəti “Claude” süni intellekt çatbotunun istehsalçısıdır.
