Türkiyənin pilotsuz döyüş təyyarəsi ilk dəfə silahlı qüvvələrin arsenalına daxil edildi


Türkiyənin yerli istehsal olan Bayraktar Kızılelma pilotsuz döyüş təyyarəsi ölkənin silahlı qüvvələrinin inventarına daxil edilib. Bu hadisə Türkiyənin hərbi aviasiya sənayesində mühüm mərhələ kimi qiymətləndirilir.
Plat.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan layihə ilə bağlı məlumatı noyabrın 20-də açıqlayıb. İstehsalçı Baykar şirkəti ilk üç pilotsuz döyüş təyyarəsinin Türkiyənin təhlükəsizlik qüvvələrinə təhvil verildiyini bildirib. Təyyarənin ilk uçuşu təxminən dörd il əvvəl həyata keçirilib. Kızılelma pilotsuz uçuş aparatı olmaqla yanaşı, döyüş təyyarəsi funksiyalarını yerinə yetirmək üçün hazırlanıb. Layihə Türkiyənin yerli hərbi aviasiya texnologiyalarını inkişaf etdirmək və xarici istehsalçılardan asılılığı azaltmaq strategiyasının bir hissəsidir. Yeni platformanın gələcəkdə müxtəlif hərbi əməliyyatlarda və pilotsuz sistemlərin birgə istifadəsində tətbiqi nəzərdə tutulur.
1 mənbə
